Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Nüfuzlu insandan yardım ala bilərsiniz. Dəstək və kömək sayəsində ciddi uğurlara nail olacaqsınız. Rəğbət bəslədiyiniz insanın maraqlarını qulaqardına vurmayın.
Ailədəki problem və məişət qayğılarının öhdəsindən gələcəksiniz. Problemlərin həlli çox vaxt, səy tələb etmir. Yalnız intuisiyanıza, məntiqinizə güvənməyin. Sınanmış tanışlar, köhnə dostlar və qohumlara məsləhət, yardım üçün müraciət etmək olar.
Buğa - uğurlu gündür. Yaranan problemləri izafi səylər olmadan çözə biləcəksiniz. Başladığınız işləri bitirin, yarımçıq heç nə qoymayın. Şəraitin uğurlu məcrası çoxdan bəri həllini gözləyən məsələni çözməyə imkan verir. Yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırın. Fikir ayrılıqları və ixtilafları çözün, anlaşılmazlığı aradan qaldırın.
Maliyyə problemlərini həll etmək olar. Anlaşmalar, sövdələşmələr, sifariş qəbulu üçün əlverişli zamandır. Dəvət aldığınız tədbirdə maraqlı tanışlıq ola bilər. Hisslərə qapılmayın, emosional olmayın.
Əkizlər - adi günlərdən fərqli olaraq səhvlərin sayını artırmayın. Kommersiya fəaliyyətinin aktivləşdirilməsi üçün əlverişli gün deyil. Müqavilə və sazişlərin müzakirəsini, anlaşmaları ertələyin. Böyük məbləğdə pul xərcləməyin. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş, mövqelərin aktivləşdirilməsi cəhdləri heç bir nəticə verməyəcək. Nüfuzlu insanlarla dil tapmaq çətindir. Həmkarlar və tərəfdaşlarla heç bir səbəb olmadan mübahisə etməyin.
Ehtiyatlı olun. Yalnız kəskin zərurət duyulanda təşəbbüslə çıxış edin. Ev işləri ilə məşğul olmaq olar. Lakin ifrat yorğunluğa vəsilə aramayın. Əks təqdirdə axşam saatlarında əhvalınız pisləşəcək, belinizdə ağrılar başlayacaq.
Xərçəng - işgüzar əlaqələr və şəxsi münasibətlərdə fəallaşma olacaq. Yeni tanışlıqlar faydalıdır. Bir zamanlar kömək etdiyiniz və ya yardımınızı əsirgəmədiyiniz insanlar sizi unutmayıblar. İşgüzar duyumunuz iti olsun. Maliyyə məsələləri ilə bağlı yanlış qərarlar verməyin.
Açıq havada mümkün qədər çox vaxt keçirməyə çalışın. Belədə əhvalınız və sağlıq durumunuz yaxşılaşar. Alış-verişdə bəzək əşyaları, geyim almaq məsləhət deyil.
Axşam saatlarını normal istirahətə həsr edin.
Şir - davranış modelini dürüst seçin. Sizə yardım edə biləcək insanlarla münasibətləri korlamayın. Çoxsaylı kiçik anlaşılmazlıqlar yaranacaq. Problemlərin münaqişələrə çevrilməsinə imkan verməyin, milçəyi böyüdüb filə çevirməyin. Soyuqqanlı, təmkinli olun.
Maliyyə durumunuzu real qiymətləndirin. Gəlirlər olmasa da, vəziyyət stabildir. Müalicəvi-profilaktik prosedurlar effektivdir. Səhhətinizin qayğısına qalın.
Qız - xoşagəlməz görüşlər istsina deyil. Arzuolunmaz zamanda işlərinizə qarışan və müdaxilə edən insanlarla söhbətlər, mübahisələr çox vaxt alacaq. Düşündüyünüzdən də mühüm məlumat, xəbər ala bilərsiniz.
Çətin situasiyada sınanmış dosta müraciət edin. Real yardım və faydalı məsləhət ala bilərsiniz. Şəxsi problemlərinizi təxirə salmadan həll edin. Ənənəvi metodlardan və alışdığınız vasitələrdən yararlanmayın.
Tərəzi - işlərdə ciddi uğurlara nail ola bilərsiniz. İmkan və qüvvənizi olduğundan az saymayın. Həllini tələb edən problemləri qulaqardına vurmayın. Süst və tənbəl olmayın. Astagəllik, laqeydlik daha böyük çətinliklər yarada bilər. Peşəkar fəaliyyət sahəsində sizə dəstək ola biləcək insanlar səylərinizi və zəhmətinizi görəcəklər.
Axşam saatlarında yeni tanışlıqlar olacaq. Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb etməyə çalışın. Səmimi, qayğıkeş olun.
Əqrəb - səylə çalışın, zəhmətkeş olun. Qətiyyətlə işləsəniz, yaxşı nəticələr əldə edəcəksiniz. İşlərin gedişatından şikayətlənməyə dəyməz. Situasiya normaldır. İşlər çox olsa da, ifrat yorğunluq hiss etməyəcəksiniz. Saatlar keçdikcə maraqlı tanışlıq şansı artır.
Hisslərinizi cilovlayın, emosiyalara qapılmayın. Yaxın ətrafınızdakı insanlarla sərt, aqressiv davranmayın. İradların sayını artırmayın.
Sözlərinizə fikir verin.
Oxatan - əvvəlcədən hazırladığınız plan çərçivəsində davranın. Məqsədə aparan yolda səylərinizi əsirgəməyin. Maneələri dəf etmək üçün qeyri-adi metoddan yararlana bilərsiniz. Təcrübə və bacarığınız karınıza gələcək. Peşəkarlığınıza kimsənin şübhə etməsinə rəvac verməyin. Yardım gözləyən insana kömək edin.
Laqeyd olmadığınız insanda özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz. Axşam saatları romantik görüş və ya özünüzü yaxşı hiss edəcəyiniz yerə yollanmaq üçün əlverişlidir.
Oğlaq - məqsədə sürətlə çatmaq mümkün olmasa da, az sonra maneələri dəf edəcəksiniz. Ruhdan düşməyin, ilk səddi görən kimi geri çəkilməyin. Yaxınlarınıza və dostlarınıza verdiyiniz vədi unutmayın. Öz mənafeyinizlə başqalarının maraqları arasında seçim məcburiyyətində qala bilərsiniz. Eqosentrist olmayın, dəyər verdiyiniz insanları unutmayın.
Köhnə dostlarla münasibətlərdə çətinliklər yaratmayın. Abstrakt problem ünsiyyəti sərinlətməməlidir.
Dolça - çox işlərin öhdəsindən gələ bilərsiniz. Peşəkar fəaliyyətinizin bütün sahələrində təşəbbüskar olun. Qətiyyətli və iradəli davransanız, məqsədə çatacaqsınız. Bununla belə, ehtiyatlı olmağı unutmayın. Yaxşı tanımadığınız, bələd olmadığınız insanlara inanmağa tələsməyin. İlkin təəssürat aldadıcıdır.
İşgüzar təmaslarda diqqətli olun.
Aktiv istirahət, idman üçün günün ikinci yarısı münasibdir. Yaxşı formadasınız, yorulmayacaqsınız. Qəfil etiraf istisna deyil.
Balıqlar - kiçik uğurlar və sevinc vəd edən gündür. Əhvalınız axşam saatlarına qədər yaxşı olacaq. Yaxınlarınıza xoş sürprizlər edin, sevdiyiniz insana hədiyyə verin. Fəndgir və məntiqli olsanız, peşəkar mövqelərinizi möhkəmləndirməklə yanaşı, yaxşı gəlir əldə edə bilərsiniz.Fiziki iş, gəzinti üçün əlverişli gündür. Pəhrizə başlamaq olar. Səhhətinizin qeydinə qalın. İmiclə eksperimentlər üçün uğurlu zamandır.
Mənbə: Milli.Az