Qadin.NET / Ən aqressiv Lamborghini

Ən aqressiv Lamborghini

 

Çox güman ki, bu günə qədər italyan superkarı “Lamborghini Aventador LP700-4” üçün ən aqressiv aerodinamik asılqan “Liberty Walk” atelyesi hazırladı. Satışdan sonra tamamlanma dəstini Yaponiyanın tüninq-atelyesi 37118 dollar məbləğində dəyərləndirir və bu, avtomobilin öz dəyərinin 10 faizidir. Müştəri istədiyi digər hissələri də, o cümlədən texniki hissənin yenilənməsini sifariş edə biləcək. 
Milli.Az auto.Az-a istinadən bildirir ki, idman kupesinin xarici görünüşünü mümkün qədər dəyişməyə enli önlüyü olan yenidən işlənmiş qabaq bamper, yan ətəklər, arxa bamper diffuzoru və arxada böyük palçıq qoruyucusu kömək edəcək. 
Bu detallar şüşə lifindən olsa qiymət 25660 dollar, karbon lifindən olsa 30618 dollar olacaq. Təkər arkaları genişləndiricilərini hamının bəyənmədiyinə görə onu əlavə 6500 dollar ödədikdən sonra sifariş etmək olacaq. 
Asmanın maksimal aşağı salınması üçün 3780 dollar ödəmək lazım olacaq. Nəhayət, enli şinləri olan böyük ölçülü çoxmilli disklər 700-güclü superkarın çılğın xarakterini vurğulayacaq.
Mənbə: Milli.Az

 

5 iyul 2014
GO BACK