Qadin.NET / İstedadlı uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə əlaqədar elektron ərizələrin qəbulu vaxtı açıqlandı

İstedadlı uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə əlaqədar elektron ərizələrin qəbulu vaxtı açıqlandı

 

Azərbaycanda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə əlaqədar elektron ərizələrin qəbuluna başlanılacaq.
Milli.Az bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, Azərbaycan təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə 17.07.2013-cü il tarixli əmrinə müvafiq olaraq, Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbulla əlaqədar olaraq, iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq.
Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən, I sinifə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Mənbə: Milli.Az

 

5 iyul 2014
GO BACK