Qadin.NET / Alman futbolçular Braziliyada soyuqladılar

Alman futbolçular Braziliyada soyuqladılar

 

Almaniya yığması virusa yoluxdu. Almaniya yığmasının yeddi futbolçusu gözlənilmədən qripin yüngül formasına yoluxub. Onların xəstələnməsinə səbəb otaqlarda hava soyuducularının var gücü ilə işləməsi olub. Amma Bundestimdə vəziyyət o qədər də kritik deyil. Lukas Podolski, Mats Hummels, Bastian Şveinşteiger, Sami Kedira və Filip Lamın fransızlarla oyunda meydan çıxacaqları istisna edilmir. 

Ancaq Kristof Kramerin vəziyyəti ciddi narahatçılıq doğurur. 
Qeyd edək ki, bu gün dünya çempionatının 1/8 finalında Almaniya və Fransa yığması qarşılaşacaq. 27 yaşlı çoxbilmiş “Kabekao” adlı tisbağa Fransanın qalib olacağı barədə proqnoz verib. Tısbağa Fransa bayrağı tərəfdə olan balığı udmaqla proqnoz verib. 
Bu gün baş tutacaq digər dueldən isə Braziliyanin qalıb ayrılacağını və yarımfinala adlayacağını ehtimal edib.

 

Mənbə: ANS PRESS

4 iyul 2014
GO BACK