Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il Azərbaycanda qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində baş vermiş 713 cinayətin 14-ü adam oğurluğu ilə bağlı olub. Adam oğurluğu ilə bağlı olan cinayətlərin 11-i evlənmək məqsədi ilə edilib.
Adam oğurluğu cinayətlərinin 5-i uşaq oğurluğu olub ki, onun da 3-ü evlənmək məqsədilə törədilib.
Ümumilikdə isə Azərbaycanda qadınlara qarşı törədilən adam oğurluğu cinayətlərinin sayı azalıb. Belə ki, 2012-ci ildə Azərbaycanda qadınlara qarşı 19, 2011-ci ildə 16 adam oğurluğu cinayəti törədilib. 2012-ci ildəki adam oğurluğu hallarının 18-i, 2011-ci ildə isə 16-sı da evlənmək məqsədi ilə olub.
Mənbə: Milli.Az