Qadin.NET / Bu da yeni canlı Barbi

Bu da yeni canlı Barbi

 

 

 

 

Ukraynanın Odessa şəhərində yaşayan Valeriya Lukyanova zahirən Barbi kuklasına həddən artıq bənzədiyi üçün dünyaca məşhurlaşmışdı.
İndisə artıq ikinci Barbi var.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, elə həmin Odessa şəhərində yaşayan 21 yaşlı model Alina Kovalevskayanı "ikinci Barbi" adlandırırlar.
Alinanın dediyinə görə, onu artıq "Human Barbie" adlandırırlar.
"Barbinin sevgilisi Kendir. Mən də real həyatda Kenimi arayıram. Model kimi tanınmağımı istəyirəm. Karyeramda uğurlara nail olmaq fikrim var. Amma heç istəmirəm ki, məni sadəcə Kenin Barbisi kimi tanısınlar", - Alina Kovalevskaya söyləyib.
Odessa Universitetinin psixologiya və sosiologiya fakültəsində oxuyan Alina daha sonra bildirib ki, iki övlad anası olmaq istəyir: "Günlərin birində övladlığa uşaq götürəcəyimi də istisna etmirəm".
Mənbə: Milli.Az
4 iyul 2014
GO BACK