Qadin.NET / Hind filmlərinin ulduzu əslində...

Hind filmlərinin ulduzu əslində...

 

Hind filmlərinin ulduzu, məşhur aktrisa kimi tanınan Sonya Gill, sən demə, ikili həyat yaşayırmış. 
İndiyədək Hindistanda 5 filmə və çoxsaylı televiziya reklamlarına çəkilən, "Dove" şirkətinin sabun reklamlarının "sima"sı olan 27 yaşlı Sonya İngiltərənin Bekinhemşir qraflığındakı Oksford şəhərində məmurdur. 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, Oksfordşir Qraflıq Şurasında çalışır və əlillərlə emitentlərin problemlərilə məşğul olan şöbənin eksperti kimi müraciətləri nəzərdən keçirir.
Britaniyada doğulduğu üçün doğma hindi dilini bilməyən Sonya ilk filmə çəkiləndə çətinliklərlə qarşılaşsa da, sonradan dili öyrənib. Dediyinə görə, indi hindi dilində sərbəst danışır.
"Hindistandakı kinostudiyalar məni çağırır, Mumbayda, Nyu-Delhidə yaşamağı təklif edirlər. Amma istəmirəm. İngiltərədə yaşamaq mənə daha rahat, daha xoşdur. Aktrisalığı da, ofisdə işləməyi də sevirəm. Ofisdəki işimi atmaq, aktrisa karyerası ilə məşğul olmaq niyyətində deyiləm. Hindistanı sevirəm, orada çoxlu dostlarım, rəfiqələrim var. Lakin Britaniyaya qayıdanda sanki öz real yaşamıma, gerçək həyatıma dönürəm", - Sonya Gill deyib.
Sonyanın dediyinə görə, Hay Uikombdakı Buckinghamshire New University-də oxuduğu illərdə onun fotosunu Facebook-da görən hindistanlı prodüserlərdən biri filmə çəkilməyi təklif etmişdi.
Sonya təklifi qəbul edib və 22 yaşında "Let’s Play The Game" filmində baş rollardan birinə çəkilib.
Ötən ilin dekabrında isə o, "Arsho" romantik komediyasının çəkilişlərinə qatılıb, Hindistanın Pəncab ştatında 6 həftə keçirib.
Sonyanın sözlərinə görə, indi ilin yarısını Hindistanda keçirir, orada filmlərə, reklamlara çəkilir.
Mənbə: Milli.Az
 
4 iyul 2014
GO BACK