Qadin.NET / Azərbaycana 4 milyon gələrsə...

Azərbaycana 4 milyon gələrsə...

 

 

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, əgər 2001-ci ildə Azərbaycana 400 min turist gəlirdisə, bu gün 2,5 milyon turist gəlir. Son 10-12 ildə Azərbaycana gələn tutistlərin sayında hər il artım qeydə alınıb. Ancaq bu gün turistlərin sayında 50 və ya 100 faiz artımın olmasını da gözləmək lazım deyil, çünki otellərimiz birdən-birə 5 milyon turisti qəbul etməyə hazır deyil.
Nazir Azərbaycana gələn turistlərin sayının az olması, turizm xidmətlərinin qiymətlərinin baha olması barədə deyilən fikirlərlə də razılaşmayıb: "Mən mətbuatdan oxuyuram ki, Azərbaycana gələn turistlərin sayı azdır, qiymətlər bahadır və s. Bu mövzu bizi də maraqlandırır, amma qiymətləri bazar özü müəyyənləşdirir. Dövlətin qanunvericiliyində nəzərdə tutulmayıb ki, nazirlik qiymətləri müəyyənləşdirsin, desin ki, bu otağın qiyməti bu cür, o xidmətin qiyməti bu cür olsun. Bunu bazar özü tənzimləyir. Lakin biz ona nail olmuşuq ki, 3 il bundan əvvəlki dövr ilə müqayisədə qiymətləri təqribən 20 faiz endirə bilmişik. Bu günə qədər həmin qiymətlərdə artım baş verməyib. Bu, stabil qiymət siyasətinin mövcud olmasından xəbər verir".
Ə.Qarayev deyib ki, bu gün Azərbaycanda "üçulduzlu" otellərin sayı o qədər də çox deyil. Belə otellər yalnız sərbəst sərmayəçilərin fəaliyyəti nəticəsində əmələ gəlməlidir: "Bu gün Azərbaycanda "dörd" və "beşulduzlu" otellərin sayı kifayət qədərdir. Ona görə də sərmayəçilər daha çox "üçulduzlu" otellərə diqqət yetirməlidirlər. Bu, öz növbəsində daha geniş təbəqəyə xidmət göstərməyə imkan verər".

Mənbə: Milli.Az

4 iyul 2014
GO BACK