“Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində ermənilərin yaşayış məntəqələrini atəşə tutması ilə bağlı məndə heç bir məlumat yoxdur”.
ANS PRESS-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözcüsüCen Psaki deyib.
Tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu deyən Psaki atəşkəs rejiminin Azərbaycan tərəfdən pozulmasına dair onda sübutun olmadığını deyib.
Psaki Parisdə keçirilməsi planlaşdırılan prezident İlham Əliyevlə Serj Sarkisyanın görüşünə də münasibət bildirib.
“Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri Fransa dövlət başçısı Fransua Ollandın görüşün keçirilməsi ilə bağlı təklifini qəbul edəcək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarını davam etdirəcəklər”, - deyə Psaki bəyan edib.
Mənbə: Milli.Az