Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkilləri prezident seçkisi üçün Yüksək Seçki Kabinetinə (YSK) baş nazir Rəcəb Tayyib Ərdoğanın mal varlığı haqqında bildiriş göndəriblər.
Baş nazirliyin rəsmi saytında yayılan açıqlamaya görə, Ərdoğanın 16 iyun 2011 tarixinə olan mal varlığı belədir:
1. Güneysu –Dumanqaya bölgəsində 2 hektar torpaq sahəsi (qiyməti, 10 min TL (3600 manat);
2. Bank hesablarında ümumi: 3.390.384 TL (1.220.538 manat), 25.000 avro, 199.867 dollar;
3. Alacaqları: 500.000 TL (180.000 manat).
Mənbə: Milli.Az