Qadin.NET / Modemi işlək saxlamayın!

Modemi işlək saxlamayın!

Modern.Az-ın məlumatına görə, bu sözləri "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev bildirib. Onun sözlərinə görə, bəzi abonentlər internetdən istifadə etmədikləri vaxtlarda da modemi söndürmürlər. "Hətta elə insanlar var ki, onlar modemləri aylarla elektrik şəbəkəsindən ayırmırlar. Bu zaman həm əlavə enerji sərfiyyatı olur, həm də yanğın təhlükəsi yaranır”.
Onun sözlərinə dörə, modem daimi olaraq işlək vəziyyətdə qaldıqda cihazda istilik ayırmaları baş verir və bu da həm cihazın tez bir zamanda sıradan çıxmasına, həm də tüstülənmə, yanğın hadisəsinin yaşanmasına səbəb olur:"İnsanlar evdən çıxarkən və eləcə də yatarkən modemləri söndürmürlər. Bu zaman evdə yanğının baş verməsi və ağır nəticələr törətməsi mümkündür. Modemlərin instruksiyasında da göstərilib ki, istifadə olunmadıqda elektrik şəbəkəsindən ayrılmalıdır. Təəssüf  ki, bu gün internet istifadəçilərinin bəziləri bu qaydaya riayət etmir. BTRİB abonentlərə müraciət edərək onları internetdən istifadə etmədikləri vaxt modemləri elektrik şəbəkəsindən ayırmağa çağırır".X.Kişiyev ona da bildirib ki, mənzillərdə uşaqlar modemlərdən uzaq tutulmalıdır: "Dünyada baş verən hadisələrdən bəlli olur ki, valideynlərin nəzarətindən yayınan uşaqlar modemlərlə təmasda olduqları zaman arzuolunmaz hadisələr baş verir. Yeri gəlmişkən onu da qeyd edim ki, bəzən modemlərin tozunu almaq üçün nəm əskilərdən istifadə olunur. Bu, tamamilə yolverilməzdir. Hər kəs bilməlidir ki, modemlər yalnız quru əskilərlə silinməlidir".

Mənbə: Milli.Az

3 iyul 2014
GO BACK