Qadin.NET / Diktator komandirləri 10 km üzdürdü

Diktator komandirləri 10 km üzdürdü

 

Hər zaman qəribə qərarları və hərəkətləri ilə diqqət çəkən Şimali Koreya lideriKim Çen In bu dəfə də ənənəsinə sadiq qalıb.ANS PRESS-in məlumatına görə, ötən bir neçə gün ərzində dənizdə əməliyyatlar keçirən Şimali Koreyanın təlimlərinə prezident özü rəhbərlik edib.

Diktator keçirdiyi son təlimlərdə hərbi dəniz qüvvələri komandirlərini də sınaqdan keçirib. Belə ki, Kim Çen In komandirləri sıraya düzərək, onlara dənizdə 10 km məsafədə üzməyi əmr edib. Özü isə daha sonra motorlu qayıqda həmin sınağı izləyib.
Komandirlər yorulduqda onlara "irəli" əmri verərək, ruhdan düşməməyə çağırıb. Tapşırığı uğurla həyata keçirən komandirlər prezidenti razı sala biliblər. 

Mənbə: Milli.Az

3 iyul 2014
GO BACK