Qadin.NET / Ramazan ayı - 5-ci günün duası

Ramazan ayı - 5-ci günün duası

 

Ramazan ayı - 5-ci günün duası

 

05 ramazan 1435 – 14 iyul 2014
İmsaq: 04:45
İftar: 21:31


5-ci günün duası: İlahi, bu gün qəlbində Allah qorxusu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah! Amin!
Ayə: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” /Hucurat-6/
Hədis: "Sahur yeməyinə qalxın, çünki sahurda bərəkət vardır. Bizim orucumuz ilə Əhli-kitabın orucu arasındakı ən önəmli fərq sahur yeməyidir".
P.S. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10-15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidirlər. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. 


Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

3 iyul 2014
GO BACK