Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - səhər saatlarından etibarən işlərə ciddi yanaşın, süst və ətalətli olmayın. Yaxın ətrafınızdakı insanların problemlərini qulaqardına vurmayın. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Yeni fəaliyyət sahələrində uğurlar əldə edə bilərsiniz.
Daha təcrübəli həmkarlarla birgə fəaliyyət və işgüzar tərəfdaşlarla layihəni həyata keçirmək üçün əlverişli zamandır. Təcrübəli insanlarla təmaslar, onların təcrübəsi faydalı ola bilər.
Günün ikinci yarısının emosional fonu əlverişli deyil. Görüşlər planlaşdırmaq məsləhət deyil. Rəğbət bəsləmədiyiniz insanlarla aktiv ünsiyyətdə olmayın. Yaşlı qohumlarla münasibətlərdə problemlər yarana bilər.
Buğa - gün uğurludur. Qarşınızda yeni imkanlar yaranır. Yaxın perspektivlə bağlı planlar hazırlayarkən situsiyanı və dəyişən olayları nəzərə alın. İstedad və bacarıqlarınızdan yetərincə faydalanmaq olar. Qüvvə və səylərinizi kiçik, məntiqsiz işlərə sərf etməyin. Detallarla təfərrüatlara fikir verin. Təşkilati məsələlərin öhdəsidən asanlıqla gələ bilərsiniz.
Liderlik məziyyətlərinizi nümayiş etdirin.
Maliyyə məsələlərində uğur qazana bilərsiniz. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Mühüm saydığınız problemi sevdiyiniz insanla müzakirə edə bilərsiniz.
Əkizlər - məqsədə aparan yolda qətiyyətli və iradəli olun. Səyləriniz az sonra nəticəsini verəcək. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli, qayğıkeş olun. Tərəfdaş və həmkarlarınızın məsləhətlərinə qulaq asa bilərsiniz. Yeni tanışlıqlar ciddi münasibətlərlə sonuclanmayacaq.
Qohumlarınızla münasibətlərdə fikir ayrılıqlarını aradan qaldırın. Son vaxtlar münaqişə həddində olduğunuz insanlarla təmasları normallaşdıra bilərsiniz. Alış-veriş üçün əlverişli zamandır. Uzaq səfər və səyahətlərdən imtina edin. Yolda çox vaxt keçirməyin.
Xərçəng - mühüm işə və ya layihəyə başlamaq üçün əlverişli gündür. Böyük ümid bəslədiyiniz layihəni reallaşdırmaq üçün ilk addım atmaq zamanıdır. Peşəkar fəaliyyət sahəsindəki uğurlar təsadüfi deyil. Onlar əvvəllər başladığınız işlərin məntiqi nəticəsi, səylərin qanuni davamıdır.
İş yerində irəliləyiş istisna deyil. Maraqlı işgüzar təkliflərin alınması mümkündür. Gəlirlər artacaq.
Uzun müddətdən bəri dil tapmadığınız insanla münasibətləri qaydaya salaraq rəvanlaşdıra bilərsiniz. Sonsuz güzəştlərə getməyin, bəyənmədiyiniz məsələ ilə bağlı müzakirələrdə deyilənlərlə dərhal razılaşmayın.
Sadəcə, düşündüyünüzü deyin. Sizi anlayacaqlar.
Şir - maraqlı və ya gərəkli saydığınız işlərlə sakitcə məşğul ola bilərsiniz. İşdə həmkarlar və rəhbərliklə münasibətlər normal, harmonik ola bilər. İndiyədək sizə tam laqeyd yanaşan insanlar fəaliyyətinizlə maraqlanacaqlar. Hədiyyələr, kiçik gəlirlər istisna deyil. Əks cinsin mənsubu ilə ünsiyyətdə diqqətli olun.
Günün ikinci yarısı çətin dövrdür. Yaşam tonusunun səviyyəsi azalacaq. Özünüzü yorğun hiss edəcəksiniz. Başladığınız işləri yarımçıq qoymayın. Axşam saatlarında normal istirahət edin. Qüvvənizi bərpa edin.
Qız - işgüzar layihələrin reallaşdırılması və şəxsi münasibətlərdəki problemlərin həlli üçün əlverişli gündür. İşdə həmkarlarla söhbətlərdə ciddi problemlər yarana bilər. Yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın. Etibarlı, sınanmış müttəfiqlər saydığınız insanların sizə xəyanət etdiklərini düşünə bilərsiniz. Anlaşmalar və sövdələşmələr, iş yerinin dəyişdirilməsi üçün əlverişli zaman deyil. Aldığınız məlumatları, gələn informasiyaları diqqətlə təhlil edin. Xəbərləri yoxlayın. Kimsə sizi aldadır, yanlış məlumatlar verərək çaşdırmağa çalışır.
Planlaşdırılmamış səfərlər istisna deyil. Yaranan maliyyə problemləri ilk baxışda göründüyündən daha ciddidir. Çətinlikləri qısa müddətdə həll edəcəyinizi düşünməyin.
Tərəzi - məhsuldar fəaliyyət üçün əlverişli zamandır. Karyerada irəliləyiş, gəlirlərin əhəmiyyətli dərəcədə artırılması istisna deyil. Daha çox pul qazanmaq üçün titanik səylər göstərməyə ehtiyac yoxdur. Yeni müttəfiqlər tapacaqsınız. Nüfuzlu şəxslə danışıqlarda diqqətli olun. Aldığınız məsləhətlərdən faydalanın.
Yeni tanışlıqlar, işgüzar görüşlər və romantik təmaslar üçün münasib zamandır. Münasibətlərin dinamikası yüksək səviyyədədir. Pozitiv emosiyalar əldə edəcəksiniz. Ailə üzvlərinin qayğısına qalın. Qohumlarla münaqişəni çözə bilərsiniz.
Əqrəb - planları sürəkli dəyişməli olacaqsınız. Gün gözlənilməz hadisələr vəd edir. Yaşananları dərhal real dəyərləndirmək asan deyil. Dəyişikliklər və yeniliklər müsbətdir. Müstəqil çalışın. Problemlərin həllinə yaradıcı yanaşın. Yeni istiqamətdə, işdə qüvvənizi sınayın.
Macəra aramayın, riskli işlərə qatılmayın. Romantik münasibətlərə səbəb ola biləcək maraqlı tanışlıq istisna deyil. Təmasların və ünsiyyətin ciddiliyi sizdən asılıdır.
Oxatan - yetərincə maraqlı olmayan gün olsa da, yarımçıq işləri başa vurmaq olar. Qeyri-adi, mürəkkəb işlərə başlamaq olar. Nəzərdə tutduğunuz məsələlərin həllini qısa müddətdə reallaşdırmaq asan olmasa da, məqsədə çata biləcəksiniz. Uğur bir qədər gec olsa da, sizin olacaq.
Nüfuzlu insanlarla ünsiyyət üçün münasib zamandır. Belə şəxslərin dəstəyini ala bilərsiniz.
Romantik görüşlər pis keçməyəcək. Rəğbət bəslədiyiniz insanlarla bir araya gələndə səmimi, qayğıkeş olun. İmiclə eksperimentlər uğurlu olacaq.
Oğlaq - ünsiyyətdə problemlər yarana bilər. Ən önəmsiz məsələ, xırda təfərrüat və ya nəsnəyə görə münaqişə yarana bilər. Ünvanınıza səslənən iradlara, tənqidlərə aqressiv reaksiya verməyin. Konstruktiv tənqiddən inciməyin.
İşdə rəhbərliklə münasibətlərdə problemlər yarana bilər.
Günün ikinci yarısında sizi narahat edən məsələ ilə bağlı xəbər ala bilərsiniz. Sakit, soyuqqanlı, təmkinli davranın. Situasiyanı araşdırmağa, yaşanan olayların məzmununu anlamağa çalışın. Olayların məcrasına təsir etmək, hadisələri sizə sərfəli istiqamətə yönəltmək imkanları var.
Dolça - illüziyalara qapılmayın, fantaziyanın əsiri olmayın. İşlərin real durumunu dəqiq qiymətləndirin. Praktiki məsələlərin həlli maraqlıdır. Xoşagəlməz məlumatlar ala bilərsiniz. Həmin xəbərlər sizi planlarda dəyişikliklər etməyə, əvvəlcədən təyin olunmuş görüşləri təxirə salmağa vadar edə bilər.
Səfərə və ya səyahətə çıxmaq məsləhət deyil. Romantik təmaslar uğurlu olmayacaq. Sevdiyiniz insanla münasibətlərdə sərinlik yaratmayın. Müdrik olun. Yaxınlarınızın ünvanına kəskin iradlar bildirməyin, aqressiv olmayın.
Balıqlar - narahatlıq və nigaranlıq üçün səbəblər var. Amma nikbin olun. Problemlər fəlakətli deyil. Çətinlikləri az sonra unuda bilərsiniz. Bədxahlar və rəqiblərinizin bütün səylərinə rəğmən peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail olacaqsınız. Məqsədə aparan yoldakı sədləri dəf etmək üçün qeyri-standart həllər və orijinal qərarlar gərəkdir. İşgüzar danışıqlarda qətiyyətli olun, iradəsiz davranmayın. Qarşı tərəfin arqumentlərini diqqətlə dinləyin.
Məğlubiyyətlə dərhal barışmayın.
Hüquqi və maliyyə məsələlərin həlli üçün əlverişli gündür. Emosiyaların əsiri olmayın. Kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etsin. Bəzi insanlar sizi laqeyd, soyuqqanlı saysalar da, diqqətli olun. Güclü hisslər gözləməyin.
Mənbə: Milli.Az