Qadin.NET / Bakı Fond Birjasına yeni üzv qəbul edilib

Bakı Fond Birjasına yeni üzv qəbul edilib

 

2 iyul 2014-cü il tarixindən etibarən "PSG-Broker" MMC Bakı Fond Birjasının (BFB) üzvlüyünə qəbul olunub
Birjadan Trend-ə verilən məlumata görə, bu gün BFB tərəfindən üzvlüklə bağlı şəhadətnamə şirkət rəsmisinə təqdim edilib. Hazırda BFB-nin "PSG-Broker" MMC də daxil olmaqla 14 aktiv üzvü var.
Qeyd edək ki, "PSG-Broker" şirkəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 13 sentyabr 2012-ci il tarixində verilmiş diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir.
Mənbə: Milli.AZ

 

3 iyul 2014
GO BACK