Milli.Az 1937 Az-a istinadən bildirir ki, bu gün XX əsrin ən məşhur yazıçılarından olan Ernest Heminqueyin vəfat etdiyi gündür. Heminqueyi ən yaddaqalan sitatları ilə yad edirik.
Həyat prinsipləri
Ruhdan düşmə. Mənim uğurlarımın əsas sirri budur: heç vaxt insanların yanında ruhdan düşmürəm.
Bütün sərxoş planlarınızı ayıq olanda reallaşdırın. Bu, sizə lazımi məqamda susmağı öyrədəcək
Yalnız sevdiklərinlə səfərə çıx
Əgər kiməsə az da olsa kömək edə bilərsinizsə, heç vaxt bundan qaçmayın.
İnsanları onların dostlarına baxıb mühakimə etməyin. Unutmayın, İudanın dostları qüsursuz idi...
Rəsm əsərinə qərəzsiz bax, düzgün kitablar oxu və lazım olan kimi yaşa.
Bir insana etibar edib-etməyəcəyinizi yoxlamağın ən yaxşı yolu ona etibar etməkdir.
Ya paltar almaq lazımdır, ya da rəsm əsərləri. Həm paltar, həm rəsm əsəri almaq olmaz. Bunu yalnız varlılar bacarar. Bahalı paltarlar almayın, ən əsası müasir modanı izləməyin. Keyfiyyətli və rahat paltarlar alın. Onda rəsm əsərlərinə pulunuz qalacaq.
İnsan haqqında
Bütün canlılar arasında yalnız insanlar gülmək qabiliyyətinə malikdir. Lakin gülməyə ən az bəhanəsi olan canlı da elə insandır.
Bütün insanlar iki yerə bölünür: insanlar var ki, onlarla birlikdə olmaq asan və rahatdır, amma onlarsız da asandır. Bir də ikinci tip insanlar var – onlarla çox çətindir, amma onlarsız da mümkün deyil.
İntellekktual insan hərdən içir ki, öz sərsəmliyi ilə vaxt keçirsin.
İnsan məğlubiyyətlərə dözmək üçün yaranmayıb. İnsanı məhv etmək olar, amma ona qalib gəlmək olmaz.
Son dərəcə ağıllı insanlar nadir hallarda xoşbəxt olurlar.
Əsas məsələ
Biz həmişə həyatın bizi sındırdığı yerdə möhkəmlənirik.
Xoşbəxtlik güclü sağlamlıq və zəif yaddaşdır.
İdeologiyasız olmaq işsiz olmaqdan yaxşıdır.
Mənim vecimə də deyil dünya nədir. Mənə lazım olan bu dünyada necə yaşamaq lazım olduğunu bilməkdir. Onsuz da necə yaşamaq lazım olduğunu öyrəndikdən sonra onun nə olduğunu da biləcəksən.
Müharibədə qalib gələn kəs heç vaxt savaşmaqdan əl çəkməz.
Dünyada yatmaq üçüm çox qadın var, amma danışmağa, dərdləşməyə qadınlar azdır.
Sənə xoşbəxtlik bəxş edən şeylərdən utanmaq lazım deyil.
Dünya çox gözəl yerdir. Onun uğrunda savaşmağa dəyər və mən onu tərk etməyi heç istəmirəm.
Mənbə: Milli.AZ