Qadin.NET / 330 milyon ağıllı saat satılacaq

330 milyon ağıllı saat satılacaq

 

Son iki ildə daşınan qurğular müxtəlif sahənin aparıcı istehsalçılarını özünə cəlb edə bilib. Bununla əlaqədar olaraq, yaxın 5 ildə ağıllı saat, fitnes qolbaqlar və smart-eynək kimi daşınan kompüter qurğularının qlobal tədarükünün 700 milyona çatacağı gözlənilir, bu bazarın pul baxımından həcmi təxminən 50 milyard ABŞ dolları təşkil edəcək. ON World analitik şirkəti belə proqnoz verib.
Milli.Az İST nevs-a istinadən bildirir ki, analitiklər öz hesabatlarını 1000-dən çox respondentin müsahibə və sorğularının nəticəsinə görə tərtib ediblər.
Mütəxəssislər müəyyənləşdiriblər ki, alıcılar daha çox ağıllı saat seqmentinə böyük maraq göstərirlər: sorğu iştirakçılarının əksəriyyəti belə qurğu satın almaq arzularını ifadə ediblər. Rəyi soruşulanlar cihazın əsas funksiyaları arasında məşq zamanı göstəricilərin ölçülməsi üçün cihazdan istifadə imkanını və sağlamlığa nəzarəti qeyd ediblər.
ON World şirkətinin proqnozuna görə, 2018-ci ilədək dünya bazarına 330 milyon smart-saat tədarük ediləcək.
Mənbə: Milli.Az

 

3 iyul 2014
GO BACK