Taylandın paytaxtı Banqkokdakı "'New World Mall" adlı ticarət mərkəzinin inşaatında mənimsəmə və oğurluqlar olduğu üçün tikinti 1997-ci ildə dayandırılmışdı.
Milli.Az AHT-yə istinadən bildirir ki, 4-cü mərtəbəsi tikiləndə yarımçıq qalmış binanın zirzəmisindəki ağcaqanadlardan şikayətlənən yerli sakinlər zirzəmiyə bir qədər su buraxmış, sonra ora 3-4 diri balıq atmışdılar. Onlar balıqların ağcaqanadların sonuna çıxacaqlarını düşünürdülər.
Lakin indi binanın zirzəmisində minlərlə balıq var.
Banqkok bələdiyyə binanı uçurmaq qərarına gəlib.
Mənbə: Milli.Az