İsmayıllıda Kikboksinq üzrə yeniyetmə və gənclər arasında keçirilən 20-ci Azərbaycan birinciliyində Gəncədən Uşaq Gənclər Fiziki Hazırlıq Klubunun üzvləri də iştirak ediblər.
Klubun yetirmələri İsmayıllda 8 medal qazanıb. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, baş məşqçi Anar Məmmədovun rəhbərliyi altında yarışa 10 idmançı ilə yollanan Uşaq Gənclər Fiziki Hazırlıq Klubunun kikboksinqçiləri birincilikdə 2 qızıl, 6 bürünc medal qazanıblar. Qızıl medallardan biri kikboksinqin lou kik versiyası üzrə döyüşən gənclərin, digəri isə full kontaktda mübarizə aparan yeniyetmələrin payında düşüb. Gənclər arasında 86 kq çəki dərəcəsində qüvvəsini sınayan Fuad Tağıyev fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. 60 kq çəkidə Şəhriyar İbişovla 75 kq-da döyüşən Elşən Nuriyev yarımfinal görüşündə məğlub olaraq bürünc medalla kifayətləniblər.
Yeniyetmələrin birinciliyində 54 kq-da Nurlan Qurbanov yarışı qızıl medalla başa vurub. Digər 4 idmançı - 42 kq çəki dərəcəsində Rəşad Hüseynov, 45-də Ruslan Məmmədov, 48 kq-da Oktay Dilsuzlu və 51 kq-da Nicat Xəlilov yarışın bürünc mükafatını əldə ediblər. Ölkə birinciliyində Uşaq Gənclər Fiziki Hazırlıq Klubunu bu idmançılarla yanaşı, 3 hakim - Anar Məmmədov, Famir Bağırov və Kamil Məmmədov təmsil edib. Qeyd edək ki, yarış senytabrın 6-14 tarixləri aralığında İtaliyada keçiriləcək yeniyetmə və gənclər arasında Kikboksinq üzrə dünya birinciliyinə lisenziya xarakteri daşıyıb.

Mənbə: Milli.Az