Levadaçenter analitik şirkətinin tədqiqat materialına əsasən, son dörd ildə internetdən istifadə edən rusiyalıların sayı nəzərəçarpacaq dərəcədə artıb. Bununla belə, insanların 28 faizi indiyədək şəbəkəyə çıxış imkanına malik deyillər.
Xatırladaq ki, ötən ilin iyununda internetdən istifadə etməyən rusiyalıların sayı 39 faiz olub. Bir il ərzində cüzi irəliləyiş qeydə alınıb.
Milli.Az İCT nevs-a istinadən bildirir ki, Rusiyada internet istifadəçiləri əsasən şəbəkədən lazımiinformasiyanı axtarmaq üçün istifadə edir. İstifadəçilərin 31 faizi əyləncə, 30 faizi son məlumatlardan xəbərdar olmaq, 36 faizi mesajlaşmaq, 19 faizi internet üzərindən alış-veriş etmək üçün internetdən istifadə edir.
Rusiyalıların 80 faizi Odnoklassniki, 57 faizi VKontakte, 24 faizi Moymir sosial şəbəkələrindən istifadə edirlər. Facebook sosial şəbəkəsi dördüncü, Google+ beşinci yerdə qərarlaşıb.
Mənbə: Milli.Az