Qadin.NET / Süni günəş vannaları tabutunuz ola bilər

Süni günəş vannaları tabutunuz ola bilər

Dərinin bir rəngdə qaralmasını təmin edən süni günəş vannaları adətən kosmetik baxımdan üstün olduğundan, xarici gözəlliyinə diqqət edən xanımlar solyariyə daha çox müraciər edirlər.
Milli Onkologiya Mərkəzinin şöbə müdiri Samir Qurbanov  isə Mövqe.Az-a açıqlamasında süni günəş vannaları qəbul edən qadınları ehtiyatlı olmağa çağırıb. Onkoloq solyari vasitəsilə qaralmaq istəyən xanımların bəzən sağlamlıqlarını ikinci plana qoyduğunu, süni günəş vannalarının xərçəngə belə yol açmaq ehtimalının olduğunu söyləyib: "Çox təəssüf ki, bəzi qadınlar gözəlliklərini fikirləşərkən sağlamlıqlarını arxa plana keçirirlər. Amma unutmaq olmaz ki, ən önəmlisi insanın sağlam olmasıdır. Qadınların gözəlləşmək üçün müxtəlif vasitələrdən istifadəsi zəruri olsa da, süni günəş vannalarının qəbulu zamanı həssas olmalıdırlar. Solyariyə girməzdən öncə onkoloji xəstəliklərə qarşı müayinə şərtdir. Ola bilər ki, qadında onkoloji xəstəliyə risk var. Bu zaman belə qadınların süni günəş vannası qəbul etməsi təhlükəlidir”. 
Qeyd edək ki, paytaxt Bakıda solyari xidməti təklif edən gözəllik salonlarının sayı kifayət qədərdir.  Bu xidməti təklif edən iaşə obyektlərinin sayının günü-gündən artması isə tələbatın olmasından irəli gəlir. 
Elə bu cü obyektlərdən birində solyaridən də yay olmasına baxmayaraq müştəri baxımından çətinlik yaşamadıqlarını söyləyiblər. Bildirək ki, süni günəş vannalarının qiyməti vaxta görə dəyişir. 5 dəqiqə süni günəş vannası qəbul etməyin qiyməti 5-8 manat arasında dəyişir. Azərbaycanda solyari mərkəzlərində müştərilərdən süni günəş vannasına girməsi üçün həkim rəyi tələb edilməsə də, artıq inkişaf etmiş ökələrin əksəriyyətində əks göstəriş olan müştərilər solyariyə buraxılmır. Məlumat üçün bildirək ki, bu gün dünyada yüz milyonlarla insan solyari qəbul edir ki, bu da insanları birbaşa xərçəng riski ilə üz-üzə qoyur. Artıq Ümumdünya Səhiyyə Təşkilatı süni ultrabənövşəyi şüaların qəbulu nəticəsində bədxassəli şişlərin yaranma ehtimalının siqaret və alkoqollu içkilər qəbul edənlərlə bərabər səviyyədə olduğunu bəyan ediblər.  Mütəxəssislərin heyvanlar üzərində apardıqları araşdırmalar zamanı məlum olub ki, solyarinin təsiri şişlər üçün münbit şərait yaradır. Hazırda solyaridən bütün dünyada, əsasən də Şimali Avropa və ABŞ-da daha geniş istifadə olunur.

Mənbə: Milli.Az

2 iyul 2014
GO BACK