Qadin.NET / Beynəlxalq Bankda ciddi problemlər yaranıb

Beynəlxalq Bankda ciddi problemlər yaranıb

 

Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb.

Məlumatına görə, fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Bankın məlumat bürosundan bildirilib ki, dünən texniki dəstək göstərilərək sistemi bərpa etmək mümkün olsa da saat 17:30-dan sonra yenidən problem yaranıb. Hazırda Beynəlxalq Bankın bütün filiallarında iş dayanıb: "İT xidməti problemi aradan qaldırmağa çalışır. Təxminən 1,2 saat ərzində problem həll olunacaq", - deyə bürodan bildirilib.
ANS PRESS-in qaynar xəttinə daxil olan məlumata görə, işçilər filiallardan çıxarılıblar və sistemə müdaxilə olunur. Şahidlər bildiriblər ki, hazırda bankın sistemində yaranan nöqsanların həlli üçün İT xidməti fəaliyyət göstərir. 

Mənbə: Milli.Az

2 iyul 2014
GO BACK