Qadin.NET / Bakıda sürücülər üçün acı ümid lövhəsi

Bakıda sürücülər üçün acı ümid lövhəsi

 

Bakıda sürücüləri qorxuya salan məsələ həll edilir. Sürücülər maşını yol kənarında saxlayıb gedir və geriyə dönəndə avtomobilinin yerində olmadığını görub təşvişə düşürdülər. Çoxları maşının oğurlandığını düşünərək polisə də məlumat verirdi. Lakin sonradan məlum olurdu ki, dayanıb-durma qaydalarını pozduğundan maşını evakuatorla cərimə meydançasına aparılıb. Artıq yol polisi bu problemin aradan qaldırıması üçün tədbirlər görür. Oxucular Milli.Az-a yazıb ki, şəhərin mərkəzi hissələrində dayanıb-durmanı qadağan edən yol nişanlarının alt hissəsində avtomobillərin təxliyyə olunduğu ünvan və əlaqə nömrəsi yazılan lövhə vurulur.
Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, bu yeniliyin tətbiqinə artıq bir müddət əvvəl başlanıb. Şəhərin 5-6 yerinə xüsusi məlumat lövhələri vurulub. Dayanma-durmanı pozduğuna görə maşını evakuasiya edilən sürücü ilk olaraq həmin lövhədən məlumatlar alır. O bilir ki, maşını hansı səbəbdən yerində yoxdur və evakuasiya olunma ilə bağlı məlumat alır. Eyni zamanda kiminlə əlaqə saxlamaq lazım olduğunu da öyrənir. Bölmə rəisinin sözlərinə görə, bu cür lövhələr tədricən şəhərin müxtəlif yerlərinə qoyulacaq.

Gülər.
Mənbə: Milli.Az

 

Bakıda sürücülər üçün acı ümid lövhəsi

 

2 iyul 2014
GO BACK