Qadin.NET / MG GT artıq sirr deyil

MG GT artıq sirr deyil

 

MG GT avtomobilinin yeni versiyası Birmingem (İngiltərə) şəhəri yaxınlığında Lonqbric rayonunda jurnalistlərə təqdim edilib. Rəsmi premyerası sentyabrda Çinin Çendu şəhərində keçiriləcək avtosalonda nəzərdə tutulan MG GT sedanın ilk fotoşəkilləri internetdə dərc edilib.
Milli.Az 4charx com-a istinadən bildirir ki, həm də MG5 Sedan kimi tanınan yeni model Çinin SAIC şirkətinə məxsus ingilis şirkəti MG Motor tərəfindən buraxılacaq. Model MG5 heçbeki və Roewe 350 sedanla eyni şassini bölüşəcək və elə həmin 1,5 litrlik mühərriklərlə - 109 a.g. hasil edən atmosfer və 130 –güclü turbo mühərriklərlə təchiz ediləcək. Bundan başqa mühərrik sırasına yeni 1,4 litrlik turboaqreqat da daxil olmalıdır.
MG GT sedanın qabaq hissəsi MG CS krossoveri xatırladır, arxadan isə o fastbekə bənzəyir. Modelin satışları oktyabrda başlayacaq. Şaiyələrə görə modelin qiyməti 120-150 min yuan diapazonunda olacağı ehtimal edilir.
Mənbə: Milli.Az

 

2 iyul 2014
GO BACK