Qadin.NET / Camaat bələdiyyə sədrinə qarşı: "Elə küçədə, maşının üstündə..."

Camaat bələdiyyə sədrinə qarşı: "Elə küçədə, maşının üstündə..."

 

Qobustan rayon sakinləri torpaqlarının bələdiyyə tərəfindən satılmasına etiraz edirlər. Sakinlərin Milli.Az-a yazdıqları şikayət məktubunda deyilir ki, Qobustan bələdiyyəsinin sədri Vasif Novruzov saxta sənədlərlə torpaqları camaata satır:

“Heç bələdiyəyə də gəlmir. Möhürü maşınında saxlayır, elə küçədə, maşının üstündə saxta sənədləri möhürləyib verir camaata. Satılan torpaqlar camaatın əkin sahələridir. Torpaqlar saxta sənədlə satılsa da, təyinatı dəyişdirilmir. Bu vaxta qədər on min yer satılıb, amma heç birinin sənədi yoxdur. Yazıq insanlar qalıb məhkəmələrdə”.
Haqqında yazılan ittihamlara cavab verən bələdiyyə sədri Vasif Novruzov Milli.Az-a açıqlamasında bildirdi ki, camaat özləri bir neçə il əvvəl torpaqlarını satıblar. Sədrin sözlərinə görə, xüsusi mülkiyyətin torpağını satmaq səlahiyyəti yoxdur: “Deyilənlər yalandır. Xüsusi mülkiyyətin torpağını necə sata bilərəm? Heç bələdiyyənin torpağını alan yoxdur. Alan olsa, öz torpağımı sataram də. Kiminsə yəqin xoşuna gəlməmişəm deyə məndən şikayət yazıb sizə. Amma qobustanlıyam, camaat məni çox istəyir”.

Mənbə: Milli.Az

 

1 iyul 2014
GO BACK