Qadin.NET / "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunda dəyişiklik edildi

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunda dəyişiklik edildi

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb
Milli.Az Azər Tac-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanını “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, в„–8, maddə 499; 2002, в„–1, maddə 14; 2003, в„–10, maddə 571; 2006, в„–9, maddə 743; 2009, в„–4, maddə 226, в„–12, maddə 984; 2012, в„–7, maddə 680) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.    İkinci abzasda “19-cu maddəsinin altıncı hissəsində” sözlərindən sonra “, 28-ci maddəsinin doqquzuncu hissəsində” sözləri əlavə edilsin.
2.    Üçüncü abzasda “və 31-ci maddəsinin birinci hissəsində” sözləri “, 31-ci maddəsinin birinci hissəsində və 35-1-ci maddəsində” sözləri ilə əvəz edilsin".
Mənbə: Milli.Az

 

1 iyul 2014
GO BACK