Milli.Az APA-ya istinadən xəbər verir ki, ərizələrin qəbulu 01-15 iyul tarixlərində aparılacaq. Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, hazırda işləməyən, müvəqqəti əmək müqaviləsi ilə işləyən müəllimlər müəssisələrə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər. Müəllimlərin işə qəbulunu həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi İnternet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” səhifəsində bu Qaydalar, Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu və “Şəxsi səhifə” yerləşdirilir. Müsabiqədə iştirak etmək üçün www.edu.gov.az İnternet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir.
Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər. İmtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır. Elektron ərizələrin qəbulu başa çatdıqdan 5 təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər üçün müsabiqəyə buraxılma, test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumatlar onların “Şəxsi səhifə”sində yerləşdirilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test
tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab
olunur.
İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə dərhal imtahandan sonra həyata keçirilir və nəticələr barədə məlumat hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir.

Mənbə: Milli.Az