Qadin.NET / Bakıda avtobus dayanacaqlarında pulsuz Wi-Fi

Bakıda avtobus dayanacaqlarında pulsuz Wi-Fi

 

Bakıdakı avtobus dayanacaqlarında internetə pulsuz qoşulmaq mümkün olacaq.
Milli.Az abc.az-a istinadən bildirir ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının dediyinə görə, struktur hazırda Bakıda keçiriləcək Avropa oyunları əsnasında keyfiyyətli nəqliyyat xidmətinin təminatı xəritəsinin yaradılması ilə bağlı aktiv çalışır.
"2015-ci ilin yayında Bakıda keçiriləcək Avropa Oyunları zamanı qonaqlara keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi çərçivəsində oyunların olacağı stadionlara aparan yollardakı avtobus dayanacaqlarında internetə pulsuz qoşulmanın gerçəkləşdirilməsi də nəzərdə tutulub", - Ş.Mehmanqızı deyib.
Onun sözlərinə görə, Wi-Fi-ın quraşdırılması yol xəritəsinin təsdiqlənməsindən sonra, 2-ci mərhələdə olacaq.
Mənbə: Milli.Az

 

1 iyul 2014
GO BACK