Qadin.NET / Hindistanda delfinlər şəxsiyyət oldu

Hindistanda delfinlər şəxsiyyət oldu

 

Hindistan hakimiyyəti delfinlərə "insan nəslinə aid olmayan şəxsiyyət" statusu verib
Bu barədə Trend "thePo.st" saytına istinadən xəbər verir.
Beləliklə, Hindistan delfinlərin unikal intellekti və dərrakəsini tanıyan ilk ölkə olub.
Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyinin qərarına görə, delfinlərin delfinariya, akvarium və okeanariumlarda məcburi şəkildə istifadəsi qadağandır.
Qərarda qeyd olunur ki, delfinlərin "öz xüsusi hüquqları olmalıdır".
Daha öncə alimlər delfinlərin bir-birilərini öz "adları" ilə çağırdığını sübut edən faktlar aşkar ediblər. Araşdırmalar üzə çıxarıb ki, dəniz məməliləri bir-birilərini xüsusi fitlə çağırırlar.
Mənbə: Milli.Az

 

1 iyul 2014
GO BACK