Hə Azərbaycan güclənir və bunu gizlətmir, heç gizlətmək də istəmir. Və lap əcəb eliyir. Ona görə ki, dövlət gücünü elə onu göstərmək məqsədilə artırır. Ali Baş komandan Silahlı Qüvvələr günü münasibətilə, bütün silahlı qüvvələrimizin iştirak etdiyi hərbi təlimi izlədi, əsgər və zabitlər, daha doğrusu döyüşçülər qarşısında çıxış etdi. Bu İlham Əliyevin Strasburqdakı çıxışının başqa məkanda, başqa formada, amma eyni məzmunda davamı İdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev: "Azərbaycanda güclü ordu vardır. Ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir. Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir. Azərbaycan bayrağı bütün işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə qaldırılmalıdır və qaldırılacaqdır. Bu, bizim əsas vəzifəmizdir. Biz bu vəzifəyə çatacağıq. Biz hər gün, hər an bu hədəfə yaxınlaşırıq. Bugünkü təlimlər bir daha onu göstərir ki, biz bu hədəfə bir addım da yaxınlaşmışıq”.
Mənbə: ANS PRESS