Qadin.NET / Zəlzələdə çatlar yaranıb

Zəlzələdə çatlar yaranıb

 

Zəlzələdə çatlar yaranıb
Zaqatala və ətraf rayonlarda zəlzələ həyəcanı davam edir.

Zaqatalanın Göyəm kəndindən verilən məlumata görə, kənddə dağıntı olmasa da, evlərdə keçən dəfəki zəlzələdən qalan çatlar genişlənib: 
“Hazırda əhali qorxu içərisindədir. Əhali kəndin müxtəlif yerlərinə yığışıblar, evə girməkdən çəkinirik. Çünki 2012-ci ildə olan zəlzələ zamanı hər yarım saatdan bir təkanlar olurdu. İndi təkanların olub-olmayacağını gözləyirik”.
Bölgədə yaşayan oxucuların verdiyi məlumata görə, zəlzələ Balakən, Şəki və digər ətraf rayonlarda da hiss olunub.

Mənbə: ANS PRESS
1 iyul 2014
GO BACK