Qadin.NET / Fransa Azərbaycandan nümunə götürməlidir

Fransa Azərbaycandan nümunə götürməlidir

 

Fransa Azərbaycandan nümunə götürməlidir
Belçikanın “Aqoravox” internet resursunun fransız variantında Azərbaycandan bəhs edən “Dünyəvi və müxtəlif mədəniyyət, Azərbaycan yaxşı istiqamətdə” sərlövhəli məqalə yerləşdirilib.

Məqalənin müəllifi Eliza Garner qeyd edib ki, demokratik dövlət modelinin mövcud olduğu və əhalisinin 90 faizini müsəlmanlar təşkil etdiyi Azərbaycan dünyəviliyinə görə qonşu ölkələrdən təmamilə fərqlənir. Demokratik inkişaf yolu tutan Fransa Azərbaycanın dünyəvilik modelindən nümunə götürməlidir.
Məqalədə Azərbaycan dövlətinin ölkədə yaşayan hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşdığı diqqətə çatdırılıb və ölkəmizin uzun illər fars və Rusiyanın təsiri altında olmasına baxmayaraq dünyəviliyini qoruyub saxladığı xüsusi vurğulanıb.
Yazıda, keçmiş sovetlər dövründə ölkədə ateizm ideyalarının təbliğ olunmasına baxmayaraq 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda dağıdılmış məscidlərin, kilsələrin və sneqoqları bərpa edilməsi mühüm hadisə kimi qiymətləndirilib və ölkə konstitusiyasına əsasən hər kəsin dini seçim və etiqad məsələsində təmamilə azad olması barədə fransalı oxuculara ətraflı məlumat verilib.
Məqalədə, Azərbaycanın dinlərarası münasibətlərə böyük diqqət və həssaslıqla yanaşması, ölkəmizin fanatizmin qorxulu olduğu bir vaxtda müsəlman dünyasında dünyəvilik təcrübəsinin mümkünlüyünü sübut etməsi olduqca müsbət qiymətləndirilib və həmişə başqalarına müəyyən yol göstərən Fransanın bu məsələdə Azərbaycandan nümunə götürməsinin vacibliyi qeyd edilib.

Mənbə: ANS PRESS
1 iyul 2014
GO BACK