Xəzər dənizində zəlzələ baş verib.
AMEA Seysmoloji Xidmət Mərkəzinin mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01.30-da Xəzərin 39.34-51.81 kordinatlarında qeydə alınıb.
İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 3.1 bal gücündə hiss olunub.
Təbii fəlakət nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.
40 km dərinlikdə baş vermiş zəlzələ hiss olunmayıb.
Mənbə:ANS PRESS