Cəfəri din xadimi Zəki Tümay rəsmilərdən bu işin bir sistemə qoyulmasını gözlədiklərini deyib.
“Azana hamı diqqət etməli, hörmət göstərməlidir. Bəzi insanlar azan səsini eşidən kimi orucunu açır. Bu səhvdir. Müftiliyin müəyyən etdiyi azan vaxtı ilə bizim azan vaxtı arasında 7-8 dəqiqə fərq var. Bizim fiqhdə günəş batdıqdan sonra qərb üfüqündə meydana gələn qırmızılıq insanın başının üstündən keçdikdən sonra şam namazının və iftarın vaxtıdır. Sünni qardaşlarımızda isə qırmızılıq itən kimi şam namazının vaxtıdır. Arada 8 dəqiqə fərq var. Biz 8 dəqiqə taz açsaq orumuzu batil olar. Amma onlarda 8 dəqiqə gec oxunsa heç nə olmaz. Sünni qardaşlarımızdan anlayış gözləyirik”.
Sünni məscidlərdə isə, rəsmi dövlət komitəsi olan “Diyanət”in təyin etdiyi vaxtda azan oxuduqlarını deyirlər. Yerlilər isə orucu bəzən tez, bəzən gec açdıqlarını, bəzən də şəxsi fətvaları ilə hərəkət etdiklərini bildirirlər.