Qadin.NET / Bakıda kimlər bankdan kredit götürə bilməz?

Bakıda kimlər bankdan kredit götürə bilməz?

 

Bakıda yaşayan rayon sakini kredit problemi ilə üzləşib. Ofelya adlı oxucunun Milli.Az-a yazdığı məktubda rayon qeydiyyatında olan Azərbaycan vətəndaşlarının paytaxt banklarından kredit götürmək hüququnun olub-olmadığını öyrənmək istəyir: “Qeydiyyatım rayonadır. Bakıda yeni tikilən binada ev almışıq. Ancaq qeydiyyata düşməmişəm. Banklardan kredit götürə bilərəm? Mağaza kreditlərindən istifadə edə bilərəm? Bunun üçün hansı sənədlər lazımdır?”

Bank mütəxəssisi Vəfa Zeynallı Milli.Az-a bildirdi ki, qanuvericilik rayon qeydiyyatında olan vətəndaşın Bakıda bankdan kredit götürməsinə qadağa qoymur. Kredit götürmək istəyən şəxs şəxsiyyət vəsiqəsi və iş yerindən arayışla banklara müraciət edə bilərlər. Hansısa bank ona kredit verməkdən imtina edərsə, Mərkəzi Banka şikayət edə bilər.
Mərkəzi Banka məsələ ilə bağlı sorğu göndərsək də, hələlik cavab verilməyib.

Gülər.
Mənbə: Milli.Az
1 iyul 2014
GO BACK