ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, zəlzələ axşam 22 radələrində Zaqatala rayonun Dağıstanla sərhədinin yaxınlığında olub. Yerlatı təkanlar ətraf rayonlarda da hiss olunub. Dağıntı barədə hər hansı bir məlumat olmasa da, əhalidə böyük həyəcan olduğu bildirilir.
İlkin məlumatlara görə, zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 5.0 bala qədər hiss olunub.
Mənbə: ANS PRESS