Qadin.NET / Əhvalı yüksəldən məşğuliyyət

Əhvalı yüksəldən məşğuliyyət

 

Üzmək nəinki fiziki sağlamlığı möhkəmlədir, eyni zamanda həyatdan razılıq hissini artırır. Bu məşğuliyyət müntəzəm hal aldıqda həm adamın canı bərkiyir, həm yuxusu yaxşılaşır, həm də kefi kökəlir. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Minnesota Universitetinin əməkdaşları 4 günlük təcrübə aparıblar. Qeyri-peşəkar üzgüçülərin iştirak etdiyi tədqiqatın nəticələri ürəkaçan olub: pozitiv əhvalın göstəricisi 35% artıb, enerji, yuxunun keyfiyyəti və fiziki göstəricilər də eyni templə artıb.  
Həftədə bir neçə dəfə üzməklə bu effektə nail olmaq olur. 
Eyni zamanda alimlər qeyd edirlər ki, cavan yaşda istənilən aerob yükləmələr sağlamlığa yaxşı təsir göstərir, beyni yaşlanmaqdan qoruyur. Qaçış və üzmə, velosiped sürmək yaddaş və düşüncə proseslərini möhkəmlədir. 
Bu təmrinlər zamanı bədən oksigeni yaxşı qavrayır və onu əzələlərə ötürür. 

Mənbə: Milli.Az

 

30 iyun 2014
GO BACK