Qadin.NET / Siqaretin "ağ"ına da lənət, mentollusuna da

Siqaretin "ağ"ına da lənət, mentollusuna da

 

Vaterloo Universitetinin tədqiqatçısı Sandey Azaqba siqaret çəkənlər arasında maraqlı araşdırma aparıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, o, bu pis vərdişdən asılılıq dərəcəsini təyin etməyə çalışıb. 

Nəticələr göstərib ki, gənclər mentollu siqareti daha zəif hesab edirlər, dadı onlara daha xoş gəlir və adi siqaret sümürənlərlə müqayisədə növbəti ildə siqareti üç dəfə çox çəkiblər.  
Bundan başqa, tədqiqatçı bildirir ki, mentollu siqaret çəkənlər həftədə orta hesabla 43 siqaret çəkirlər, adi siqaret istifadəçilərində isə bu göstərici 26-dır. Mentollu siqaretin həvəskarları yeniyetmə və gənclərdir (57%). 
Bununla əlaqədar olaraq alimlər əlavə dad qatılmış siqaretlərin qadağan edilməsini istəyirlər. Çünki gənclər onları yüngül və daha az zərərli hesab edirlər. 

Mənbə: Milli.Az

 

29 iyun 2014
GO BACK