Ultrabənövşəyi şüalar asılılıq yaradır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Harvard Universitetinin alimləri deyirlər.
Onların bir sıra tədqiqatları ortaya çıxarıb ki, günəş şüasının təsiri altında dəridə nəinki melanin, eyni zamanda endorfin də əmələ gəlir.
"Xoşbəxtlik hormonu" adlandırılan endorfin günəş şüalarının təsiri ilə müntəzəm yaranırsa, o zaman asılılıq yaradır.
Mütəxəssislər deyirlər ki, solyari müştərilərinin üçdə birində asılılıq yaranır.
Solyariyə gəlmək, yaxud günəş vannası qəbul etmək imkanı olmayanda isə əks-reaksiya əmələ gəlir - ürək bulanır, əsmə və əsəbi gərginlik müşahidə olunur.
Bu halda endorfin opiat kimi təsir göstərir. Tədqiqatçılar fikirləşirlər ki, günəş əleyhinə kremlərin istifadəsi asılılıq yaranmasını azaltsa da, qaralmanın tam təhlükəsiz olmasına zəmanət vermir.
Mənbə: Milli.Az