“Peer J” jurnalında dərc edilən tədqiqatdan məlum olub ki, “FaceLock” çoxlu üstünlüklərə malikdir. Ən böyük üstünlüyü isə unudulmuş parolla bir il istifadə edilməyən sınaq sistemə daxil olmaq imkanıdır.
“FaceLock” qrafik elementlərlə işləyən yeganə parol sistemi deyil. Belə ki, “Passfaces” sistemi də təklif olunan siyahıdan tanış fotoşəkli seçməyi tələb edir. Lakin “FaceLock”un böyük bir fərqi var. Çünki burada hətta tanış insanların şəkilləri daim dəyişir.
Məsələ ondadır ki, insanlar sifətləri eyni şəkildə tanımırlar. Bir tərəfdən, təsvirin keyfiyyətindən asılı olmayaraq yüzlərlə insan arasında tanış şəxsi tapmaq problem deyil, digər tərəfdən, müxtəlif təsvirlərdə tanış olmayan eyni şəxs müxtəlif insanların obrazı kimi başa düşülür.
120 könüllünün iştirak etdiyi sınaq bu sistemin fəaliyyət göstərə biləcəyini sübut edib.
Lakin çox təəssüf ki, "FaceLock” sisteminin yaxın vaxtlarda tətbiqi nəzərdə tutulmur. Tədqiqatçılar bildirirlər ki, onların gördüyü işin məqsədi yeni parol sistemi yaratmaq yox, sifətlərin tanınması texnologiyasını təkmilləşdirməkdən ibarətdir, - "Hi-Tech News” yazır
Mənbə: ANS PRESS