Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Hicri: 01 ramazan 1435
İlin 180-ci günü
İlin sonuna 185 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.42
Günəş - 06.13
Zöhr - 13.48
Əsr - 18.28
Məğrib – 21.31
İşa – 23.19
1326-cı ildə Osmanlı padşahı I Murad dünyaya gəlib.
1900-cu ildə fransız yazıçı Antuan de Sent-Ekzüperi anadan olub.
1913 - Xalq şairi Nigar Rəfibəyli (1913- 1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən bir çox poeziya nümunələrini dilimizə çevirib.
1913-cü ildə Balkan müharibəsi başlayıb.
1939 – Hatay dövləti məclisi səs birliyi edərək Türkiyə ilə birləşdi. 
1986-cı ildə Argentina Qərbi Almaniyanı 3-2 hesabla məğlub edərək futbol üzrə dünya çempionu oldu.
1988-ci ildə Azərbaycanın Olimpia çempionu Elnur Məmmədli dünyaya gəlib.
1990-cı ildə “Qağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycan SSR-in suveren hüquqlarının bərpa edilməsi haqda” qərar qəbul edilib.
1992-ci ildə Azərbaycan Respublikası Yeni Zelandiya ilə diplomatik əlaqələr qurub.
1994 - Prezident Heydər Əliyev İran İslam Respublikasına ilk rəsmi səfərə gedib. Səfər Bakı-Tehran münasibətlərində 1992-1993-cü illərdə yaranmış soyuqluğun aradan qaldırılması üçün əhəmiyyətli hadisə olub. İki ölkə arasında əməkdaşlıq sazişləri imzalanıb. İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Azərbaycan prezidenti ilə imzaladığı birgə bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyib.
1995 - Prezident Heydər Əliyev Bolqarıstan və Rumıniyaya rəsmi səfərə gedib. Səfər Azərbaycanın bu ölkələrlə yüksək səviyyəli münasibətlərinin əsasını qoyub. Prezident Buxarestdə keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə iştirak edib. 
1999-cu ildə PKK terror təşkilatının lideri Abdullah Öcalan barədə ölüm hökmü çıxarılıb.
2004 - Azərbaycan prezidenti İlham Əliyev İstanbulda NATO-nun zirvə toplantısında iştirak edib. Dövlət başçısı Şimali Atlantika Əməkdaşlıq Şurasının toplantısında, "Avroatlantik İttifaqı yol ayrıcında" mövzusunda konfransda çıxış edib.
Mənbə: Milli.Az
29 iyun 2014
GO BACK