Qadin.NET / Belə iftar olmamışdı

Belə iftar olmamışdı

 

Belə iftar olmamışdı
Hər il olduğu kimi bu il də İslam dünyası ramazan ayına fərqli günlərdə başlayır. Azərbaycanda və bir sıra Asiya ölkələrində bu gündən başlasa da, Türkiyədə bu ay dünəndən hesablanıb və oruc tutanlar artıq ötən gün ilk iftarlarını ediblər. 

ANS PRESS-in məlumatına görə, Türkiyədə ramazan ayını ilk günü oruc tutanlardan bəziləri iftarlarını su altında açaraq tarixə düşüblər. Belə ki, Türkiyənin şərq və Avropa hissələrini birləşdirən "Mərmərə" su altı dəmiryol tunelində olan sərnişinlər oruclarını elə oradaca, su içməklə açmalı olublar. 
Bu hadisə Türkiyədə bir ilk olmaqla yanaşı, orada olan həmin şəxslər "Boğaz"ın altındakı 60 metr dərinlikdə olan "Mərmərə" su altı dəmir yolu tunelində iftar edən ilk insanlar olaraq tarixə düşüblər.

Mənbə:ANS PRESS

 

29 iyun 2014
GO BACK