Qadin.NET / Belə də aparıcı olar?

Belə də aparıcı olar?

 

Belə də aparıcı olar?
Yaponiyada ilk android xəbər aparıcısı təqdim edilib.

ANS PRESS-in məlumatına görə, Yaponiyanın paytaxtı Tokioda dünyanın ilk xəbər oxuyan android robotu təqdim edilib. Təqdimat mərasimi "İnkişaf edən elm və İnnovasiya Muzeyi"ndə (Maraikan) təşkil edilib. 
"The Japan Times"in öz xəbərində bildirib ki, "uşaq robot" mənasını verən "Kodomoroid" robotu professor Osaki Hiroşi İşiquro tərəfindən hazırlanıb.
"Android: İnsan nədir?" adlı sərgidə, həmçinin professorun "Otonaroid" və "Telenoid" robotları da nümayiş etdirilib.
Təqdimatda iştirak edənlər robotların üçü ilə də "söhbət etmək" imkanı əldə ediblər. 
"Otonaroid" və "Kodomoroid" robotları bəzi vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdir. Belə ki, "Otonaroid" suallara cavab verməklə yanaşı, ümumi mövzularda danışa da bilir. 
Qeyd edək ki, professor İşiquro "Kodomoroid"in ilk robot xəbər aparıcısı olduğunu vurğulayıb.

Mənbə:anspress.com

 

29 iyun 2014
GO BACK