Qadin.NET / Google sağlamlığa önəm verir

Google sağlamlığa önəm verir

 

Google şirkəti Android qurğu istifadəçisinin fiziki aktivliyinin monitorinqi və sağlamlıq vəziyyəti üçün Google Fit platformasını nümayiş etdirib. Bu haqda iyunun 25-də keçirilmiş Google I/O konfransının açılışı zamanı şirkətin top-meneceri Elli Pauers deyib.Milli.Az İCTnews-a istinadən bildirir ki, Google Fit platforması API vasitəsilə müxtəlif fitnes tətbiqlərin məlumatlarını, həmçinin qurğudakı sensorun göstəricilərini inteqrasiya edir. 
Platforma yalnız smartfon və planşetlərlə deyil, həmçinin Android Wear daşınan qurğuları, hətta bəzi ev cihazları, məsələn, elektron tərəzi ilə işləyə bilir.
Mənbə: Milli.Az

 

29 iyun 2014
GO BACK