Reputation Institute tədqiqat şirkəti dünyanın ən nüfuzlu şirkətlərinin reytinqini tərtib edib. Bu il sözügedən reytinqdə Google və Walt Disney Company şirkətləri birinci yerdə qərarlaşıblar. İkinci yerdə BMW və Rolex şirkətləri, Sony və Canon müvafiq olaraq beşinci və altıncı yerdə qərarlaşıblar. Apple korporasiyası yeddinci olub.Milli.Az İCT nevs-a istinadən bildirir ki, dünyanın ən nüfuzlu şirkətlərinin onluğunda, həmçinin Samsung və Microsoft şirkətləri yer alıb.Xatırladaq ki, 2008-ci ildə Samsung şirkəti reytinqdə 196-cı yerdə qərarlaşıb, amma ilbəil göstəricilərini yaxşılaşdıraraq irəliyə doğru gedib. Samsung hazırda Sony və Apple şirkətləri ilə bərabər səviyyədə dayanır – Forbes nəşri yazıb.Reputation Institute reytinqin tərtibi üçün dünyanın inkişaf etmiş iqtisadiyyata malik 15 regionunda 60 min respondent arasında sorğu keçirib.