Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə saatlarında bəzi ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. İyunun 30-da külək daha da şiddətlənəcək.
İyunun 29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-23, gündüz 30 dərəcəyə yaxın isti olacaq.
İyunun 29-da Azərbaycanın bölgələrində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-26 dərəcə isti olacaq.
Mənbə: Milli.Az