Qadin.NET / İquain: "Dünya çempionatında qol vuracağıma əminəm"

İquain: "Dünya çempionatında qol vuracağıma əminəm"

 

Argentina millisinin futbolçusu Qonzalo İquain "DÇ-2014"də indiyə kimi qol vura bilmədiyi üçün narahat deyil.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hücumçu bu turnirdə fərqlənəcəyinə əmin olduğunu deyib:
"Qol vura bilmədiyim üçün narahat deyiləm. Çünki dünya çempionatında fərqlənəcəyimə əminəm. Hər bir hücumçu rəqib qapılarına yol taparaq komandasına kömək etməlidir".
1/8 finaldakı rəqibləri İsveçrə millisi haqda da danışan İquain bildirib: "İsveçrə güclü komandadır. Buna görə də rəqibimizə hörmət etməliyik və diqqətli oynamalıq. Rəqibin güclü və zəif tərəfini bilirik".

Mənbə: Milli.Az 

28 iyun 2014
GO BACK