Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil komandasının "DÇ-2014"dəki hədəfi haqda danışıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, türk əsilli futbolçu ESPN-ə açıqlamasında Braziliyaya çempion olmaq üçün getdiklərini bildirib:
"Biz, həqiqətən də, dünya çempionu olmaq istəyirik. Braziliyaya elə bunun üçün gəlmişik. 1/8 finalda mübarizəni dayandıraraq evə qayıtmaq fikrimiz yoxdur. Bütün komandalar bizim gücümüzü bilirlər".
Qeyd edək ki, Almaniya mundialın 1/8 finalında Əlcəzair millisi ilə qarşılaşacaq.
Mənbə: Milli.Az