Qadin.NET / Məşhur teleaparıcı qulduru tutdu

Məşhur teleaparıcı qulduru tutdu

 

İngiltərənin Sky Sports telekanalının məşhur futbol şərhçisi, teleaparıcı Kris Kamara Braziliyada küçə quldurunu tuturaq polisə təhvil verib.
Braziliyada DÇ-2014 başlanan gündən bəri Kamara Twitter-dəki profilində mundialın kulisləri ilə bağlı maraqlı, əksər hallarda məzəli tvitlər yazır, eksklüziv xəbərlər verirdi.
İndisə məşhur teleaparıcı və futbol eksperti banditin əməlinin qarşısını alıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 56 yaşlı Kris Kamara Braziliyanın Rio-de-Janeyro şəhərində onu qarət etmək istəyən qulduru tutub.
"O, arxadan məni vurdu və sonra da boyunbağımı qoparıb qaçmaq istədi. İmkan vermədim", - K.Kamara deyib.
Vaxtilə "Bredford", "Luton" və "Suindon" klublarında oynamış Kamaranın dediyinə görə, qulduru tutandan sonra hadisə yerinə yaxınlıqdakı polislər gəliblər.
"Quldurdan boyunbağını aldığım üçün polisə şikayət etmədim", - Kamara Twitter-dəki profilində yazıb.
Mənbə: Milli.Az
28 iyun 2014
GO BACK