Qadin.NET / Cəbhə xəttində gərginlik: düşmən silahı susmur

Cəbhə xəttində gərginlik: düşmən silahı susmur

 

Tovuzun Ermənistanla sərhəd kəndi Əlibəylidə vəziyyət yenidən gərginləşib

Kənd icra nümayəndəsi Valeh Rzayevin APA-ya verdiyi məlumata görə, ötən gecə saat 22-dən başlayaraq saat 03:30-a kimi erməni silahlı qüvvələri kəndi iriçaplı silahlardan atəşə tutublar.
Yaşayış evlərinə ziyan dəysə də, xoşbəxtlikdən sakinlər arasında xəsarət alan olmayıb.
Düşmən Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə susdurulub.
Valeh Kərimovun bildirdiyinə görə, son bir neçə gündə erməni silahlı qüvvələri kəndi intensiv atəşə tutaraq sakinlərin kənd təsərrüfatı işləri ilə məşğul olmasına imkan vermir.

Mənbə: Milli.Az

 

28 iyun 2014
GO BACK